Modern.az

Taekvondoçumuz bürünc medal qazandı

Taekvondoçumuz bürünc medal qazandı

16 İyun 2015, 22:27


Bakıda ilk Avropa Oyunlarında 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova 3-cü yer uğrunda döyüşə çıxıb.

Modern.az saytının məlumatına görə, idmançımız italiyalı taekvondoçu Erika Nikoli ilə qarşılaşıb.

Rəqibindən üstün döyüş nümayiş etdirən təmsilçimiz vaxtından əvvəl - 13:0 hesabı ilə qələbə qazanaraq Avropa Oyunlarının bürünc mükafatçısı olub.

Kişilər arasında taekvondo yarışları üzrə Azərbaycanı 58 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Məmmədov isə 3-cü yer uğrunda döyüşdə belçikalı Si Mohamed Ketbiyə 4:5 hesabı ilə məğlub olub.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı