Amerikalı milyarder, respublikaçı Donald Tramp iyunun 16-da dövlət başçısı postuna namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, biznesmen rəsmən ABŞ prezidenti kürsüsünə mübarizədsə iştirakını bəyan edərək deyib: “Amerikanı yenidən böyük etmək lazımdır”.
Bundan əvvəl isə Tramp özünün instagram səhifəsində oğul Corc Buşun və onun qardaşı Ceb Buşun fotolarını (o da iyunun 15-də prezidentliyə namizəd olacağını rəsmən açıqlayıb) yerləşdirərk yazıb: “Məgər bizə Ağ Evdə daha bir Buş lazımdırmı? Bizdə onlar kifayət qədərdir”.Tramp 20 ildən çox prezidentliyə iddialı olacağını özündə saxlayıb. Milyarderin seçki kampaniyasının əməkdaşları xəbər veriblər ki, bir qədər sonra onun maliyyə vəziyyəti açıqlanacaq. ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabr ayında keçiriləcək.
Modern.az