Modern.az

Cəlilabadda dəhşətli hadisə: qızı atın quyruğuna bağladılar - İDDİA

Cəlilabadda dəhşətli hadisə: qızı atın quyruğuna bağladılar - İDDİA

17 İyun 2015, 11:12


Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. 

ANSpress.com saytının hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, rayonun Alar kəndində gənc qız faciəvi şəkildə ölüb. Deyilənlərə görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər. Hadisə nəticəsində qız ölüb.

Cəlilabad rayon Polis şöbəsindən və Prokurorluğundan sayta faktı təsdiqləyiblər.Lakin hadisə barədə hələlik ətraflı məlumat verilməyib. Qızın kim tərəfindən atın quyruğuna bağlandığı bilinmir. 

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı