Bu gün Milli Gimnastika Arenasında “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində bədii gimnastika üzrə qrup yarışları keçirilir. Modern.az xəbər verir ki, ilk olaraq Ukrayna gimnastları xalçaya çıxıblar. Qrup lent təsnifatında Bolqarıstan, Finlandiya, Belarus, İspaniya, İtaliya, İsrail, Azərbaycan, Almaniya, Yunanıstan, İsveçrə, Rusiya Federasiyası, Fransa idmançıları çıxış edəcəklər.