Modern.az

Deputat yaz sessiyasının son qəbul gününü keçirdi - FOTO

Deputat yaz sessiyasının son qəbul gününü keçirdi - FOTO

17 İyun 2015, 12:35


Milli Məclisin deputatı, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yaz sessiyası dövründə aparatda son qəbul gününü keçirib.

Modern.az-ın məlumatına görə, qəbulda vətəndaşların problemləri dinlənilib və onların qaldırdıqları məsələlərin çoxu yerindəcə həllini tapıb. Vətəndaşlar ayrı-ayrı sahələrdə problemlərinin mövcudluğu ilə yanaşı, ölkədə gedən abadlıq quruculuq və iqtisadi inkişafı müqayisəli şəkildə vurğulamağı da unutmayıblar.

Bütövlükdə komitəyə bu ilin ötən dövründə 525 nəfər ərizə ilə müraciət edib,  378 nəfər qəbulda olub.

Onların ərizə və müraciətləri aidiyyatı üzrə Nazirlik və İcra strukturkarına ünvanlanıb, əksəriyyəti nəzarətə götürülüb.

Görüşdə eyni zamanda son dövrdə sosial durumun yaxşılaşdırılması ilə bağlı müraciətlərin xarakterində xeyli dəyişikliklərin də olduğu söylənilib.

Beləki müraciətlərin çoxu ipoteka kreditlərinin götürülməsi,  veteranların imtiyazı, torpaq sahəsinin verilməsi, xaricdə mualicəylə bağlı səhiyyə problemləri ilə bağlı olurdu.

Onu da qeyd etmək lazımdır ki, bütövlükdə Milli Məclisə daxil olan ərizə və müraciətlərin 55% - ə qədəri Sosial siyasət komitəsinə ünvanlanıb.


 

Modern.az 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı