İyunun 17-dən “Bakı-2015” Birinci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına start verilib.
Modern.az xəbər verir ki, Milli komandamızın 4 idmançısı 1/4 finala çıxıb.
65 kq çəkidə Olimpiya çempionu Toğrul Əsgərov 1/8 final mərhələsində moldovalı Mihail Savanı 10-0 təmiz qələbə udub.
***
74 kq çəki dərəcədə Cəbrayıl Həsənov macarıstanlı Naqi Mihalyni 10-0 təmiz qələbə ilə udub növbəti mərhələyə keçib.
***
97 kq çəkidə Xetaq Qazyumov polşalı Radoslav Barana 10-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxıb.
***
74 kq çəkidə Cəbrayıl Həsənov 1/4 finalda Türkiyə təmsilçisi Demirtaş Sonerlə qarşılaşıb. Görüşün əsas hissəsi 5:5 hesabı ilə sona çatıb. Artım dəqiqədə isə Türkiyə təmsilçisi qələbə qazanaraq növbəti mərhələyə çıxıb.
***
79 kq çəkidə təmsilçimiz Xetaq Qazyumov 1/8 finalda moldovalı Nikolay Ceban ilə görüşüb. O, rəqibini 3-0 məğlub edərək yarımfinala çıxıb.
Modern.az