Modern.az

“Bu, Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək”

“Bu, Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək”

17 İyun 2015, 12:55

 

“İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə çıxartdığı qərarı alqışlayıram. 10 illik mübarizədən sonra Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gözlədiyimiz ədalətli qərarı nəhayət ki, verdi”.

Modern.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, Milli Məclisin deputatı  Azay Quliyev bildirib.  

Onun sözlərinə görə ilk dəfədir ki, AİHM rəsmi qərarı ilə Azərbaycanın ərazisinin, Laçının işğalı faktını tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan haqları konvensiyasının müxtəlif maddələri, xüsusilə mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqlarının pozulduğunu qeyd edib.  

“Bu qərarın çox böyük hüquqi və eyni zamanda siyasi əhəmiyyəti var. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarla Ermənistanın Azərbaycanın ərazisinin bir hissəsini işğal etdiyini rəsmən təsdiq etmiş oldu.

Heç şübhəsiz ki, bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.  Belə bir ədalətli və obyektiv qərar çıxaran hakim heyətinə, xüsusilə Azərbaycan tərəfindən bu işin uğurla başa çatmasını böyük peşəkarlıq və səbrlə təmin edən komandaya, bir sözlə zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm”.

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı