Modern.az

Gimnastalarımızdan mühüm QƏLƏBƏ

Gimnastalarımızdan mühüm QƏLƏBƏ

17 İyun 2015, 13:01


Azərbaycanlı gimnastlar “Bakı 2015” Birinci Avropa Oyunları çərçivəsində temp hərəkətlərində qarışıq cütlüklər üzrə akrobatika yarışlarında final mərhələsinə çıxıb.

Modern.az xəbər verir ki, komandanı təmsil edən Ulyana Dyakova və Anatoli Leonov 26.520 xal toplayaraq təsnifat mərhələsində 6-cı yeri tutub.

Topladıqları xal onların medal uğrunda mübarizədə iştirak etməyə imkan yaradıb. İyunun 21-də final yarışları keçiriləcək.

Sevinc YASİNQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı