İyunun 17-də Ermənistanın ictimai xidmətlərin tənzimlənməsi üzrə komissiyanın binası qarşısında elektrik enerjisinin qiymətinin artırılması əleyhinə keçirilən aksiyada etirazçılarla polislər arasında qarşıdurma yaranıb. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, etirazçılar adıçəkilən komissiyanın binasına yumurta ataraq içəriyə daxil olmağa cəhd göstəriblər. Polislə qarşıdurmadan sonra etirazçılar sakitləşiblər. Aksiya davam edir.
Həmin komissiyanın qəbul etdiyi qərara görə, Ermənistanda gündüz istifadə olunan 1 kVt saat üçün enerjinin qiyməti 58, axşamlar üçün isə 48 dram olacaq. İndi isə bi qiymət müvafiq olaraq 41,85 və 31,85 dramdır.