Modern.az

Azərbaycanlı taekvandoçu məğlub oldu

Azərbaycanlı taekvandoçu məğlub oldu

17 İyun 2015, 14:36


İyunun 17-də "Baku Crystal Hall"da qadınlar və kişilər arasında taekvondo yarışlarının növbəti mərhələsi başlayıb.

Modern.az xəbər verir ki, taekvondoçularımız 68 kq çəkidə Ayxan Tağızadə sloveniyalı Jure Pantar, qadınlar arasında 57 kq çəkidə Günay Ağakişiyeva isə serbiyalı Draqana Qladovic ilə qarşılaşıb.

68 kq çəkidə Ayxan Tağızadə ilk görüşdə qitə birinciliyinin mükafatçısı sloveniyalı Jure Pantaraya 11:3 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə çıxıb.

57 kq çəkidə qadınların yarışındaAzərbaycan taekvondoçusu Günay Ağakişiyeva isə ilk görüşdə rəqibi serbiyalı idmançı, London Yay Olimpiya Oyunlarının iştirakçısı Draqana Qladovic ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə 4:8 hesabı ilə məğlub olub.


Sevinc Yasinqızı

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı