Gənc şairlər arasında öz dəsti-xətti ilə seçilən prezident təqaüdçüsü olmuş şair Emin Pirinin “Tanrının kölgəsi” şeir kitabı işıq üzü görüb.
Bu barədə Modern.az-a şairin özü məlumat verib. Emin Piri qeyd edib ki, kitabda son dönəmlərdə yazdığı şeirləri yer alıb.Kitabın “aybKitab” layihəsi çərçivəsində çap olunduğunu bildirən müəllif iyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan klubu”nda İmza günü keçirəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, bu, sözügedən layihənin nəşr etdiyi 13-cü kitabıdır.
Modern.az