Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 9-cu prezident Süleyman Dəmirəl üçün twitterdən çox romantik bir mesaj yayıb.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, mesajda qeyd edilir:“Sevimli ATAmızı itirdik, Türkiyənin başı sağ olsun... Süleyman Dəmirəl necə biriydi? O vurulduğumda az qala xəstəxanaya ilk gələnlərdən biriydi, o ATA idi, “İbo Show”u seyr edər, gecə mənə telefon açıb təbrik edərdi, təbii ki, hər vaxt deyil; fürsət tapınca.
Allahın rəhməti olsun! Başımız sağ olsun! O yalnız baş nazir, ya da respublika başçısı deyil, Türkiyənin LƏZZƏTİ İDİ...”
Modern.az