Birinci Avropa Oyunları çərçivəsində kişilər arasında 68 kiloqram çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Ayxan Tağızadə dörddəbir final mərhələsinə çıxıb.
Modern.az saytı xəbər verir ki, təmsilçimiz Sloveniyalı rəqibi Yure Pantaraya 11:3 hesabı ilə qalib gəlib.Ayxan Tağızadə yarımfinalda təmsilçimiz Aleksey Denisenko ilə qarşılaşacaq.
Təmsilçimizi ilk mərhələdə İspaniya təmsilçisi Joel Qonsales Bonilyanı 7:5 hesabı udub.
Sevinc YASİNQIZI