Modern.az

Azərbaycan milli komandasının potensial rəqibləri bəlli olub

Azərbaycan milli komandasının potensial rəqibləri bəlli olub

17 İyun 2015, 17:08

İyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində 2018-ci il dünya futbol çempionatının Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılacaq. Modern.az bildirir ki, Azərbaycanın milli komandası seçmə mərhələnin püşkatmasına 5-ci səbətdən qatılır.

Səbətlər milli komandaların FİFA reytinqinə əsasən tərtib olunub:

1-ci səbət - Almaniya, Belçika, Hollandiya, Rumıniya, İngiltərə, Uels, Portuqaliya, İspaniya, Xorvatiya;

2-ci səbət - İtaliya, Slovakiya, Avstriya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya;

3-cü səbət - Polşa, Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan;

4-cü səbət - Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya;

5-ci səbət - Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Azərbaycan, Litva, Moldova;

6-cı səbət - Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra.

Komandalar 9 qrupda mübarizə aparacaq. Avropadan dünya çempionatına 13 vəsiqə var.

Qrup birinciləri final mərhələsinə birbaşa vəsiqə qazanır, ən yaxşı 8 ikinci isə cütlüklərə bölünərək daha 4 vəsiqənin taleyinə aydınlıq gətirir.

Yeganə OQTAYQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı