Avropa Oyunları çərçivəsində sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Xetaq Qazyumov qızıl medal uğrunda keçirilən final görüşündə gürcüstanlı rəqibi Elizbar Odikazeni ilə qarşılaşıb.
Modern.az xəbər verir ki, rəqibindən daha üstün güləş nümayiş etdirən idmançımız 3:1 hesabı ilə qalib gələrək, Avropa Oyunlarında qızıl medala sahib olub.
Vüqar İsmayılov