Modern.az

Bürünc medal qazanan idmançımız: ”Üçüncülük uğrunda görüş çətin keçdi”

Bürünc medal qazanan idmançımız: ”Üçüncülük uğrunda görüş çətin keçdi”

17 İyun 2015, 21:37


“Bakı 2015” Avropa Oyunlarında sərbəst güləş  üzrə keçirilən yarışlarda bürünc medala sahib olan Cəbrayıl Həsənov jurnalistlərə açıqlama verib.

Modern.az xəbər verir ki, jurnalistlərlə döyüş həyəcanını bölüşən idmançımız görüşün onun üçün çətin keçdiyini söyləyib.

“Üçüncülük uğrunda görüş çətin keçdi. Amma yenə də qələbə qazanacağıma çox ümidli idim. Məqsədim qızıl medal idi, bu mənada mən bürünc medal qazanmaqdan çox qızıl medal itirdim”- deyə, C. Həsənov bildirib. 

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı