Modern.az

16 iyun tarixli buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

16 iyun tarixli buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

Təhsil

17 İyun 2015, 23:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 16-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələri elan olunub.
Modern.az saytı xəbər verir ki. imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında //eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış ola bilərsiniz.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 16-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələri elan olunub. Modern.az saytı xəbər verir ki. imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış ola bilərsiniz.

Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə aşağıdakı məlumatı bir daha çatdırırıq:

Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı "Abituriyent" jurnalında təqdim olunacaq.

V qrup üzrə müsabiqə şərtləri və digər vacib məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi