Ukrayna prezidenti Pyotr Poroşenko 1997-2007-ci illərdə Böyük Britaniyanın baş naziri olan Toni Blera dövlət başçısı yanında islahatlar üzrə beynəlxalq məşvərət şurasına qoşulmağı təklif edib. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, Poroşenko bu təklifi Blerə onunla görüşündə bildirib. “Toni Blerlə dövlət idarəçiliyi islahatları təcrübəsini müzakirə etmişik. Müharibəyə baxmayaraq, bizdə islahatlar keçirmək imkanı var”, - Poroşenko özünün Facebook səhifəsində yazıb.
Digər məlumata görə, Bler qeyd edib ki, dünya ictimaiyyətində Ukraynanı dəstəkləmə üçün böyük istək var. O, Poroşenkodan Kiyevə hazırda hansı beynəlxalq köməyin daha çox lazım olduğunu da soruşub.
Modern.az