Modern.az

Avropa Oyunları zamanı turistlər hara gedirlər? - AÇIQLAMA

Avropa Oyunları zamanı turistlər hara gedirlər? - AÇIQLAMA

18 İyun 2015, 10:06



Birinci Avropa Oyunları ərzində Azərbaycana gələn turistlər daha çox Abşeron yarımadası, Bakı şəhəri və Qobustan turlarına üstünlük verirlər.

Bunu Modern.az saytına Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

O bildirib ki, oyunların sonlarına yaxın turistlər bölgələrə səfər edə bilərlər:

“Turistlər hazırda Abşeron yarımadası, Bakı şəhəri və Qobustan turlarına daha çox maraq göstərirlər. Gün ərzində bu barədə daha çox müraciətlər daxil olur. Oyunların ilk günlərinin keçirildiyini nəzərə almaq lazımdır. Yəqin ki, oyunların sonlarına yaxın turistlər daha çox Azərbaycanda qalacaqları təqdirdə regionlara da səfər edə bilər.

Turistlər Bakı şəhərində bütün kateqoriya üzrə nazirliyin lisenziyası əsasında fəaliyyət göstərən mehmanxanalarda yerləşiblər”.

Sevinc YASİNQIZI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı