Kiyev prokurorluğunun və daxili işlər orqanının əməkdaşları Ukraynada jurnalist və publisist Oles Buzinın öldürülməsində şübhəli bilinən iki nəfəri saxlayıb. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, iyunun 18-də saxlanılan hər iki şəxs 25 və 26 yaşlı Kiyev sakinləridir.
Oles Buzin aprelin 16-da Kiyevdəki evində güllələnib. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, qətldən sonra cinayətkarların İtaliyaya məxsus dövlət nömrə nişanlı avtomobillə qaçıblar.
Modern.az