
Modern.az saytı xəbər verir ki, 61 kq çəkidə birinci mərhələdə erməni rəqibini məğlub edən Hacı Əliyev növbəti görüşündə qalib gəlib. O, slovakiyalı Mikola Balotnyukaya 11:0 hesabı ilə təmiz qələbə qazanıb yarımfinala çıxıb. 125 kq Cəmaləddin Məhəmməd 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb və güləşçimiz 2-5 hesabı ilə uduzub. 86 kq çəkidə güləşən Nurməhəmməd Hacıyev rusiyalı Abdulrəşid Sadulaevə 1-11 hesabı ilə uduzub.
70 kq çəkidə Ruslan Dibirhacıyev polşalı Maqomedmurad Hacıyevlə güləşib və Ruslan da polşalı rəqibinə 2-7 hesabı ilə məğlub olub.
Sevinc Yasinqızı