İyunun 19-da Birinci Avropa Oyunları çərçivəsində bədii gimnastika üzrə təsnifat yarışlarının növbəti mərhələsi başlayıb.
Modern.az saytı xəbər verir ki, gimnastlar fərdi həlqə, fərdi top, fərdi gürzələr, fərdi lent və fərdi çoxnövçülük üzrə mübarizə aparırlar. Bu gün fərdi çoxnövçülük üzrə yarışların final mərhələsi başlayıb. Ölkəmizi yarışlarda Ayşən Bayramova və Marina Durunda təmsil edir. Qadınlar arasında qrup çoxnövçülükdə Azərbaycan komandası da iştirak edəcək. Ölkəmizi cütlüklərin yarışında Uliana Dyakova və Anatoli Leonov təmsil edəcək.
Aerobika gimnastikasında da komandamız çıxış edəcək. Batut gimnastikasında isə 2 cütlük mübarizə aparacaq. İlya Qrişunun və Oleq Piunev kişilərin, Makstarova Sviatlana və Sabina Zaitseva isə qadınarın sinxron hərəkətlərdə yarışlarında iştirak edəcək.
Sevinc Yasinqızı