Modern.az

Marqaret Tetçerin gizli memuarları çap olunub

Marqaret Tetçerin gizli memuarları çap olunub

Təhsil

19 İyun 2015, 10:41


Böyük Britaniyada ölkənin keçmiş baş naziri Marqaret Tetçerin əlyazma şəklində olan bir neçə gizli memuarı çap olunub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu materiallar arasında SSRİ-nin keçmiş lideri Mixail Qorbaçovla 1985-ci ildə başlayan dostluq barədə də qeydlər var.

“İndiki siyasətdən asılı olmayaraq biz etiraf etməliyik ki, Tetçer böyük tarixi fiqurdur. Onun qeydləri 20-ci əsri araşdıranlar üçün dəyərli material olacaq”, - “dəmir ledi”nin memuarlarının çapına münasibət bildirən İngiltərə  bədii şurasının rəhbəri Piter Bazaldjett deyib.

Gizli memuarlar arasında 1982-ci il Folklend müharibəsi haqda qeydlər (bir il sonra yazılıb) də var. Digər qeydlərdə Tetçerin 1985-ci ilin mart ayında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Konstantin Çernenkonun Moskvadakı dəfn mərasimində iştirakı da əks olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı