Azərbaycanlı gimnastlar akrobatika yarışlarında Birinci Avropa Oyunları çərçivəsində 5-ci olublar.
Modern.az saytı xəbər verir ki, Azərbaycan idmançıları yarışlarda 82,310 xal toplayaraq 5-ci yerdə qərarlaşıblar.
Belçikanın qadınlardan ibarət triosu akrobatika yarışlarında 86,480 xal toplayaraq qızıl medal qazanıb.
Gümüş medal sahibləri 85,430 xal ilə Rusiya nümayəndələri, bürünc medal sahibləri isə 84,610 xal ilə Belarus idmançıları olub.
Sevinc Yasinqızı