Modern.az

Qarabağda yüksək vəzifəli erməni zabit və arvadı yanıb

Qarabağda yüksək vəzifəli erməni zabit və arvadı yanıb

Təhsil

19 İyun 2015, 15:12

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda xidmət edən yüksək vəzifəli zabit və onun arvadı bir neçə gün əvvəl helikopterlə Yerevana aparılıblar. Modern.az bildirir ki, bu haqda “Qrapark” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, gənc ərlə-arvad evdə qazın üstündəki 100 litrlik qabdakı qaynar suyun üstlərinə tökülməsi nəticəsində ciddi yanıq xəsarətləri alıblar. Həkimlərin bir neçə gündür onların həyatını xilas etmək üçün mübarizə apardığı bildirilir. Qadının indi vəziyyətinin bir qədər stabilləşdiyi, ərinin isə yanıq xəsarətləri çox olduğundan ağır vəziyyətdə olduğu qeyd edilir.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım