Ermənistanın Vardenis şəhərində intihar hadisəsi baş verib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı adı açıqlanmayan kişi mədə-bağırsaq və hava yollarının kimyəvi yanığı diaqnozu ilə xəstəxanaya daxil olub və oradaca dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, Vardenisdə kredit şirkətlərindən birində çalışan şəxs təşkilatın direktorunun ucbatından intihar edib.
Belə ki, kreditlərin verilməsinə nəzarət edən həmin şəxs öz direktorunun xahişi ilə külli miqdarda borc pul götürsə də, son məqamda direktor həmin pulunu ödəməkdən imtina edərək məsuliyyəti öz işçisinin üzərinə yıxıb.
Modern.az