Modern.az

Narkotik mafiyasının polisi müşahidə edən şəbəkəsi məhv edildi

Narkotik mafiyasının polisi müşahidə edən şəbəkəsi məhv edildi

Təhsil

19 İyun 2015, 18:02


Meksikanın şimalındakı Reynosa şəhərində narkotik mafiyasının polisləri izləmək məqsədilə quraşdırdıqları ikinci video müşahidə şəbəkəsi məhv edilib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şəbəkə 39 kameradan ibarət olub və cinayətkarlar bunların vasitəsilə hərbçilərin və polislərin hərəkətlərini müşahidə ediblər.

Qanunsuz vodeo müşahidə qurğularının aşkar edilməsi polislərin şəhərin küçələrindən birinə yerləşdirilən iki texniki qurğunu müəyyən etməsi hesabına mümkün olub.

May ayının axırlarında da Reynose şəhərində belə şəbəkə aşkarlanıb. Onlar telefon xətləri vasitəsilə internetə də qoşulubmuş

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım