Modern.az

Yerevanda enerjinin bahalaşması əleyhinə daha bir mitinq - VİDEO

Yerevanda enerjinin bahalaşması əleyhinə daha bir mitinq - VİDEO

Təhsil

19 İyun 2015, 22:14


Yerevandakı “Azadlıq” meydanında elektrik enerjisindən istifadə qiymətinin artırılmasına etiraz on minlərlə şəhər sakini aksiya keçirir. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, mayın 8-də “Ermənistan Elektrikşəbəkəsi” Qapalı Səhmdar Cəmiyyəti ictimai xidmətlərin tənzimlənməsi komissiyasına elektrik enerjisinin qiymətinin 17,08 dram bahalaşma ilə bağlı müraciət edib. Nəticədə adıçəkilən komissiya həmin cəmiyyətin istəyini tam yerinə yetirməsə də qiyməti 6,93 dram artırıb.

Bu səbəbdən avqustun 1-dən enerjidən gündüz istifadə üçün 1kVt saat üçün əvvəlki 41,85 dram əvəzinə ermənilər 48,78 dram, gecə istifadəsi əvəzində isə 31,85 dram əvəzinə 38,78 dram ödəməli olacaqlar.  

 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım