Modern.az

Azərbaycan komandası 13-cü qızıl medalı qazandı

Azərbaycan komandası 13-cü qızıl medalı qazandı

Təhsil

19 İyun 2015, 22:45



Modern.az saytı xəbər verir ki, iyunun 19-da  Azərbaycan milli komandası Avropa Oyunlarında aktivinə daha bir qızıl medal yazıb. Belə ki, kişilər arasında 80 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Radik İsayev final görüşündə qalib gəlib.

Finalda o, rusiyalı Vladislav Larinlə qarşılaşıb və təmsilçimiz rəqibindən güclü olub - 4:3.

Beləliklə, R.İsayev Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı qazandırıb.

“Baku Crystal Hall”da keçirilən kişilər bu final qarşılaşmasını Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər..

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım