Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın iştirakı ilə keçirilən toplantıda birliyin tərkibində Cəfər Cabbarlı Komissiyasının yaradılması ilə bağlı müzakirələr aparılıb. AYB-nin sədri tərəfindən bu qərarla bağlı əmr imzalanıb.
Modern.az AYB-nin yeni komissiyasının tərkibini təqdim edir:
Asif Rüstəmli – Sədr, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Qəmər Seyfəddinqızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru
Gülşən Əliyeva–Kəngərli – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Tahirə Məmməd – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Süleyman Kaan Yalçın – Türkiyə, Elazığ şəhəri, Fırat Universiteti, dosent, doktor
Elnarə Akimova – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü.
Elmin NURİ