İyunun 18-də gecə saatlarında baş verən tufan səbəbindən bir neçə təyyarə Yerevandakı “Zvartnots” hava limanına enə bilməyib.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, əlverişsiz hava şəraiti üzündən hava limanına ən son eniş edən Parisdən gələn təyyarə olub.
Həmin təyyarə Yerevanda yerli vaxtla saat 19:55-də eniş etməli idi. Ancaq əlverişsiz hava şəraitinə görə təyyarə Tbilisiyə göndərilib, yalnız 8 saat sonra Yerevana qayıdaraq, iyunun 19-da səhər saat 10-da eniş edib.
Parisdən gələn təyyarədə Ermənistanın baş prokuroru Qevork Kostanyan, onun müavini Emil Babayan, ədliyyə nazirinin müavini Arman Tatoyan da olublar.
Modern.az