Modern.az

Akademiyanın alimi: “Nəsimi haqqında iddialar yanlışdır”

Akademiyanın alimi: “Nəsimi haqqında iddialar yanlışdır”

Təhsil

20 İyun 2015, 14:12


“Nəsiminin Azərbaycanda anadan olmamadığını əvvəllər də deyiblər. Müəyyən müddət Azərbaycandan kənarda yaşayan bir alimimiz deyirdi ki, o, İraqda kiçik bir qəsəbədə anadan olub”.  

Bunu Modern.az saytına açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Sənan İbrahimov deyib. Azərbaycanın orta əsr hürufi şairi Nəsiminin yad ölkədə doğulduğu haqda iddialarla razılaşmayan alim onun doğum yerinin başqa ərazi yox, məhz Şamaxı olduğunu göstərir:

“Hətta belə də deyirdilər ki, guya “Nəsimi” onun təxəllüsü yox, doğulduğu yerin adı ilə bağlıdır. Amma biz bununla qəti razılaşmırıq. Bu sahənin alimlərinin Nəsimşünaslıqla bağlı araşdırmaları çoxdur.  Elə təkcə  Şamaxıdakı “Şah Xəndan” qəbiristanlığını göstərmək kifayətdir. Şah Xəndan Nəsiminin böyük qardaşı olub. Ona Şamaxıda Jəmu-Dəmun deyirdilər. O da şeir yazıb, amma az yaşayıb. Əgər bu gün Şah Xəndan qəbiristanlığı Şamaxıdadırsa, Nəsimini də ordan saymaq olar. Hələ bu faktlardan yalnız biridir”.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım