Modern.az

“İndi Rusiya və İranda da erməni lobbisinə “barıt çəlləyi” kimi baxılır”

“İndi Rusiya və İranda da erməni lobbisinə “barıt çəlləyi” kimi baxılır”

Parlament

20 İyun 2015, 15:03

“Gerçəklik odur ki, Ermənistan heç bir zaman konkret, birmənalı olaraq möve sərgiləməyib. Nalbadyanın bu açıqlaması onu göstərir ki, onlar heç bir seçim etməyiblər və konkret olaraq kiməsə dostluq münasibəti göstərməyiblər. Bu da onu göstərir ki, erməni hiyləgərliyi öz işindədir və güclü kimdirsə, onun yanındadırlar. Ancaq anlamırlar ki, onların iç üzü bütün dünyaya bəyan olub”.

Bunu NATO Parlament Assambleyasının Yerevanda keçirilən “Rose-Roth” 89-cu seminarının toplantısında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasına münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin sədr müavini və Avronest PA Enerji Komitəsinin sədri Fuad Muradov deyib.

Xatırladaq ki, Edvard Nalbandyan sözügedən seminarda Ermənistandan Avropa İttifaqı ilə Rusiya arasında seçim etmək tələbi barədə danışıb.

Deputat Fuad Muradov isə Modern.az-a açıqlamasında qeyd edib ki, Ermənistan bütün tərəflərlə oyun oynamağa, özlərini onların yanında göstərməyə çalışır: “Düşünürlər ki, buna nail olurlar. Lakin indi dünyada Ermənistan qeyri-stabillik ixrac edən ölkə kimi tanınır, qəbul olunur. Bunu Ermənistanın qonşusu olduğu ölkələrə - Rusiya, İran, Türkiyə, Azərbaycan və Gürcüstana yönəlik siyasətində də açıq hiss etmək olar. Bu gün Ermənistan Gürcüstanın Cavaxetya ərazisində yaşayan erməniləri özlərinin təsiri altında saxlamaqla bir növ daim Gürcüstanı təzyiq altında saxlayır. Əslində onlar istənilən vaxt Gürcüstana ərazi iddiası irəli sürə bilərlər. Bunu zaman-zaman səsləndiriblər. Cavaxediya erməniləri Gürcüstan tərəfindən Saakaşvili hakimiyyəti dövründə seperatçı qüvvələr kimi qiymətləndirilib”. 

Deputat Ermənistanın Azərbaycanla bağlı işğalçılıq siyasətinə toxunaraq deyib ki, ermənilərin Cənubi Qafqazda 1000 ildir məskunlaşdıqları ilə bağlı iddiaları qeyri-ciddidir.

“Ermənilərin heç bir zaman dövləti olmayıb. Xalqımızın dədə-baba torpaqları hesabına Ermənistan adlı dövlət yaradılıb. Bu gün isə Azərbaycanın 20 faizindən artıq torpağı işğal altındadır. 

Ermənistan qonşu Türkiyəyə qarşı qondarma soyqırımı məsələsini gündəmdə saxlamağa çalışır. Eyni zamanda Ermənistanın Konstitusiyasında Türkiyənin bir neçə bölgəsinə ərazi iddiası var. Bundan başqa, gizli, yaxud açıq şəkildə erməni diasporu Rusiya və İranda təklükə, terror mənbəyi olaraq qalmaqdadır. Erməni diasporu da Ermənistandan idarə olunur. Artıq Rusiya və İranda erməni lobbisinə “barıt çəlləyi” kimi baxılır.

Bu gün Rusiya və İranda erməni lobbisi narahatçılıq, qeyri-stabillik mənbəyi kimi qəbul olunur. Bütün bu sadaladılarım erməni lobbisinin güclü olduğunu göstərmir, çox yaxın zamanlarda Ermənistanın bu “qeyri-stabillik ixracatçısı” siyasəti onun özünün məhvinə aparacaq”. 

Fuad Muradov bildirib ki, ermənilər bu məkrli siyasəti uzun zaman dünyadan gizli tutmağa çalışıblar: “İndi hər şeyin üstü açılıb. Artıq bütün dünyada Ermənistan müharibə, terror ixrac edən ölkə kimi tanınır. Ayrı-ayrı zamanlarda hansısa ölkələr arasında müharibələr olub. Ancaq dünyada belə iyrənc siyasət aparan, öz siyasətini insanların məhvi üzərində quran, bəşəri cinayətlərə imza atan, yalnız qeyri-stabillik ixrac edən ikinici bir ölkə yoxdur. Bu gün dünyada Ermənistana qarşı təzyiqlər artıb. Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqlardan qeyd-şərtsiz çıxmaq və Azərbaycanla əməkdaşlıq etməkdir. Məhz erməni xalqını xilas yolu bundan keçir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama