Fransanın şimal-qərbində 70 yaşlı pensiyaçı öz arvadını, qızını və 5 yaşlı nəvəsini öldürəndən sonra intihar edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, polisdən bildiriblər ki, hadisənin iyunun 19-da baş verdiyi ehtimal edilir, çünki öldürülən uşağın atası onun meyitini qohumlarının evində bu gün səhər aşkar edib.
Polis bu dəhşətli qətlin səbəblərini araşdırır.
Modern.az