Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçular arasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
A qrupunda Azərbaycan millisi ilə Türkiyə millisinin qarşılaşması böyük maraq doğurur.
Hər iki komanda artıq 1/4 finala vəsiqəni təmin etsə də, bu mübarizə 1-ci yer uğrunda gedəcək.
Bu qrupda 1/4 finala vəsiqəni təmin edən digər yığma Polşa son turda Belçika ilə qarşılaşacaq. Belçika 1/4 finala yüksəlmək üçün bu görüşdən qalib ayrılmalıdır. Digər oyunda isə İtaliya və Rumıniya münasibətlərinə aydınlıq gətirəcək. A qrupu
21 iyun
09:00. Belçika – Polşa
14:30. İtaliya – Rumıniya
20:00. Türkiyə - Azərbaycan