Ötən gün Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Modern.az "lent.az"a istinadən xəbər verir ki, iki uşağın boğazı kəsilib. Hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan bir yaş yarımlıq Ə. Y.-nin boğazı kəsilərək qətlə yetirilib. Eyni vaxtda onun qardaşı, 2013-cü il təvəllüdlü Ə.V.-nin da boğazı kəsilib. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriblər.
Uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı cinayət işi acılıb, araşdırma aparılır.
"AnsPress" isə Gəncə şəhər Polis İdarəsinə istinadən bildirib ki, hadisə zamanı ailənin 4 nəfər üzvü də evdə olub. Axşam saatlarında iki maskalı şəxs evə daxil olaraq 1 və 3 yaşlı uşaqların boğazını kəsib. Onlar evdən heç nə götürməyiblər.
Yerli sakinlərin bildirdiyinə görə, ailə radikal dini təriqətin üzvü olub.
Modern.az