Modern.az

Qadın voleybolçularımız Türkiyəyə uduzdu, amma 1/4 finala çıxdı

Qadın voleybolçularımız Türkiyəyə uduzdu, amma 1/4 finala çıxdı

Təhsil

21 İyun 2015, 21:51


Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçular arasında qrup mərhələsinin son oyunları keçirilib.

A qrupunda Azərbaycan millisi ilə Türkiyə millisinin qarşılaşması böyük maraq doğururdu.

Hər iki komanda artıq 1/4 finala vəsiqəni təmin etsə də, bu mübarizə 1-ci yer uğrunda gedib. 

Modern.az xəbər verir ki, görüşdə Türkiyə millisi daha yaxşı oyanaraq komandamıza qalib gəlib - 3:0.

Beləliklə Azərbaycan millisi qrupu 2-ci yerdə başa vurub. 1/4 final oyunu iyunun 23-də keçiriləcək. Komndamızın rəqibi hələ məlum deyil.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım