Modern.az

Nazim İbrahimovun qaynının ölümünə görə cinayət işi açıldı

Nazim İbrahimovun qaynının ölümünə görə cinayət işi açıldı

Təhsil

22 İyun 2015, 10:53

Bakıda baş verən intihar hadisəsi ilə bağlı cinayət işi açılıb. APA-nın məlumatına görə, 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun özünü asması  faktı ilə üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, M. Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.

Yaxınları ilkin olaraq 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu göstəriblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım