Modern.az

Taliban Əfqanıstanda parlament binasına hücum edib

Taliban Əfqanıstanda parlament binasına hücum edib

Təhsil

22 İyun 2015, 12:02

Əfqanıstanın paytaxtı Kabildə terrorçular parlament binasına hücuma keçib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əfqan polisi millət vəkillərinin yığıncaq keçirdiyi zaman parlament binasının yaxınlığında dörd ayrı yerdə bomba partladıldığını açıqlayıb.

B inanın ətrafında təhlükəsizlik gücləri və silahlı təcavüzkarlar arasındakı qarşıdurmalar davam edir.  

Hücumu Taliban boynuna götürüb. Taliban hərəkatının sözçüsü Zebihullah Mücahid deyib ki, çox sayda mücahid parlament binasına girib. Ciddi qarşıdurmalar davam edir. 

Hücumda insan itkisinin olub-olmadığı hələ bilinmir.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım