Modern.az

Azərbaycanda daha bir körpə ölümü baş verdi

Azərbaycanda daha bir körpə ölümü baş verdi

Təhsil

22 İyun 2015, 12:33

Azərbaycanda doğuşdan sonra körpə ölümü baş verib. APA-nın məlumatına görə, hadisə Ucar rayonunda qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Dilarə Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib.

Körpə əməliyyatdan bir neçə saat sonra xəstəxanada ölüb.

D. Mehdiyeva Ucar  Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirlib ki, faktla bağlı nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım