Modern.az

ATU-nun əməkdaşı Hindistanda seminarda - FOTO

ATU-nun əməkdaşı Hindistanda seminarda - FOTO

Təhsil

22 İyun 2015, 12:42


Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələrlə iş üzrə dekanı, dosent İsmayıl Əfəndiyev Hindistan Respublikasında seminarda iştirak edib.

Modern.az xəbər verir ki, dosent İsmayıl Əfəndiyev səfər zamanı Azərbaycan Tibb Universiteti haqqında geniş məlumat verib, təbliğat xarakterli çıxışlar edib. Seminarlar Nyu Delhi, Mumbay, Vadovara, Banqalor, Haydarabad və s. şəhərlərdə keçirilib.

Hindistanlı gənclər, həmçinin onların valideynləri tərəfindən ATU-da təhsil almaq üçün böyük maraq göstərilib, bununla bağlı çox sayda suallar verilib.

Modern.az  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım