Modern.az

Əfqan polisi parlamentə hücum edən yaraqlıları məhv etdi

Əfqan polisi parlamentə hücum edən yaraqlıları məhv etdi

22 İyun 2015, 14:49



Əfqanıstan polisi parlamentin aşağı palatasına hücum edən “Taliban” hərəkatının 6 yaraqlısını məhv edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hücum zamanı 21 dinc sakin yaralanıb, onlardan 5-i qadın, 3-ü uşaqdır.

“Taliban”ın boynuna götürdüyü hücum paytaxt Kabilin Darul Aman məhəlləsindəki parlamentin aşağı palatasının deputatları növbəti iclas üçün yığışanda başlayıb. Məlumatda qeyd edilir ki, xüsusi xidmət orqanları parlamentarları və jurnalistləri binadan sağ-salamat çıxara biliblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi