Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.
Modern.az-ın xəbər verir ki, iyunun 26-da başa çatacaq sessiyanın gündəliyinə Azərbaycanla bağlı məsələ, Monitorinq Komissiyasının məruzəsi də daxil edilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada ölkəmizin ünvanına səsləndiriləcək tənqid və iradlara əks arqumentlərlə cavab vermək niyətindədirlər.
Sessiyada Ukraynadakı münaqişə ilə bağlı məsələ də əsas diskussiya predmetlərindən biri olacaq. Bundan əlavə, yay sessiyasında son 3 ayda ikinci dəfə Rusiya nümayəndə heyətinin səlahiyyəti məsələsinə baxılacaq.
Modern.az