Modern.az

Metro tunelində qalan qatarlarla bağlı AÇIQLAMA: “Problem yolda yaranıb”

Metro tunelində qalan qatarlarla bağlı AÇIQLAMA: “Problem yolda yaranıb”

Təhsil

22 İyun 2015, 16:50


İyunun 22-də günorta saat 14:40-dan 15:00-a qədər metronun “Həzi Aslanov” – “İçərişəhər” xəttində  hərəkət edən qatar “Ulduz” və “Nərimanov” stansiyaları arasındada problemlə üzləşib. Modern.az saytının metroda olan əməkdaşının verdiyi məlumata görə, qatar təxminən 20 dəqiqə tuneldə qalıb. Sərnişinlərə narahat olmamaları tövsiyə olunub. Bildirilib ki, əvvəlki qatarda nasazlıq yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında faktı təsdiqləyib: “Bütün stansiyalarda gecikmə var. Texniki nasazlıq baş verib. Nasazlıq qatarda deyil, “Nərimanov” stansiyasındakı yol ayırıcında qeydə alınıb. Yolda nasazlıq yarandığı üçün qatarlar həmin yerdən asta keçir. Bir qatar gecikdiyinə görə, bu, bütün qatarlarda müşahidə edilir”.

Qurum rəsmisi bildirib ki, metropolitenin əməkdaşları intervalı bərpa etməyə çalışır:

“Hazırda problem aradan qaldırılsa da, interval pozulub. Yaxın saatlarda aradan qaldırmağa çalışacağıq. Bizim üçün əsas olan sərnişinlərin təhlükəsizliyidir”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım