Modern.az

Ukraynada nazirin məsləhətçisi separatçıların tərəfinə keçdi

Ukraynada nazirin məsləhətçisi separatçıların tərəfinə keçdi

Təhsil

22 İyun 2015, 16:57



Ukrayna müdafiə nazirinin məsləhətçisi, general-mayor Aleksandr Kolomiets ailəsi ilə birlikdə ölkənin şərqindəki separatçılara qoşulub. Modern.az xəbər verir ki, Kiyevdən Donetskə qaçan general mətbuat konfransı keçirərək “Donetsk Xalq Respublikası”na xidmət göstərəcəyini elan edib.

20 ildən artıq Doentsk vilayətinin hərbi komissarı və Kiyevdə yüksək rütbəli zabit kimi çalışan Kolomiets tezliklə Ukrayna ordusunda fərarilərin sayının kəskin artacağını deyib. Onun fikrincə, prezident Pyotr Poroşenkonun Donbasda hərbi həllə üstünlük verməsi ukraynalı hərbçilərin əksəriyyətinin narazılığına səbəb olub. 

Rəsmi Kiyev hələlik general-mayorun qaçışına reaksiya verməyib.

Vüqar İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım