Bakıda keçirilən I Avropa Oyunlarında polşalı idmançı böyük təhlükədən xilas olub. Daha doğrusu, onu azərbaycanlı könüllü xilas edib. Belə ki, gimnast Bartolomey Hes batut gimnastika növündə çıxış edən zaman hündürlükdən yerə düşüb. Bu zaman idmançının yaxınlığında olan könüllü idmançını göydə tutaraq onun zədələnməsinin qarşısını alıb.
Modern.az həmin anın görüntüsünü təqdim edir.