Modern.az

Samboçularımız gümüş medal qazandılar

Samboçularımız gümüş medal qazandılar

Təhsil

22 İyun 2015, 20:03


Azərbaycan samboçusu İslam Qasımov Avropa Oyunlarının gümüş medalını qazanıb.

Modern.az xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində sambo yarışlarında Azərbaycanı 57 kq-dək çəki dərəcəsində təmsil edən İslam Qasımov finalda qızıl medal uğrunda görüşdə Rusiya samboçusu Aymergen Atkulovla üzləşib.

Güclü rəqibi ilə gərgin mübarizə şəraitində keçən döyüşdə İ.Qasımov layiqli müqavimət göstərsə də, məğlub olub. Belə ki, rusiyalı idmançı ağrıdıcı fənd tətbiq edərək İslamı vaxtından əvvəl məğlub olmağa məcbur edib. Nəticədə İ.Qasımov Avropa Oyunlarının gümüş mükafatı ilə kifayətlənməli olub.

Qadın samboçumuz da Avropa Oyunlarının gümüş medalını qazanıb.  

Belə ki, Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında qadın samboçularımızdan 52 kq-dək çəki dərəcəsində çıxış edən Nəzakət Xəlilova qızıl medal uğrunda final görüşündə Rusiya samboçusu Anna Xaritonova ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada samboçumuz Rusiya təmsilçisinə ciddi müqavimət göstərsə də, A.Xaritonova daha güclü olduğunu sübut edib və vaxtından əvvəl tam üstünlüklə qalib gəlib. N.Xəlilova isə Avropa Oyunlarının gümüş medalını qazanıb.

Azərbaycan samboçusu İslam Qasımov Avropa Oyunlarının gümüş medalını qazanıb.

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım