Modern.az

Samboçumuzun biri gümüş, digəri bürünc medala sahib oldu

Samboçumuzun biri gümüş, digəri bürünc medala sahib oldu

Təhsil

22 İyun 2015, 20:49

Samboçumuz Şahanə Hüseynova bürünc medal uğrunda görüşdə məğlub.

Bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Azərbaycanı 60 kq-dək çəkidə təmsil edən Ş.Hüseynova 3-cü yer uğrunda görüşdə Belarus təmsilçisi Katsiarina Prakapenka ilə üz-üzə gəlib.

Görüş cəmi bir neçə saniyə davam edib. Belarus təmsilçisi vaxtından əvvəl qalib gələrək bürünc medala sahib olub.

Azərbaycan samboçusu Amil Qasımov da Avropa Oyunlarının gümüş medalını qazanıb.

Azərbaycanı kişi samboçuların 74 kq-dək çəki dərəcəsində təmsil edən A.Qasımov Avropa Oyunlarının qızıl medalı uğrunda final görüşündə Belarus təmsilçisi Stepan Papovla münasibətlərə aydınlıq gətirib.

Çətin və gərgin şəraitdə keçən görüşdə A.Qasımov rəqibi ilə demək olar ki, bərabər mübarizə aparsa da, ani bir səhv görüşün taleyini həll edib. Belarus samboçusu ağrıdıcı fənd tətbiq etməklə təmsilçimizə qalib gəlib. A.Qasımov isə Avropa Oyunlarının gümüş medalına layiq görülüb.

Qalibiyyətindən sonra S.Papov təmsilçimizi hörmət əlaməti olaraq onu meydanda çiyinləri üzərində daşıyıb.


Vüqar İsmayılov

 


 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım