Modern.az

Səməd Seyidov Avropa Şurasını obyektivliyə SƏSLƏDİ: “Bu nə deməkdir?”

Səməd Seyidov Avropa Şurasını obyektivliyə SƏSLƏDİ: “Bu nə deməkdir?”

Parlament

22 İyun 2015, 21:54

 

"Avropa Şurası qaçqın və məcburi köçkünlərin məsələsinə diqqətlə yanaşmalıdır". Modern.az xəbər verir ki, bunu  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay plenar sessiyasının birinci iş günündə qurumun Bürosunun fəaliyyət hesabatı ətrafında aparılan müzakirələrdə çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Səmədov qeyd edib: "Mən qaçqınların məsələsinə toxundum. Çünki Azərbaycan bu məsələdə əziyyət çəkir. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycan təkbaşına bu məsələyə çıxış yolu tapır. Bu insanlar hələ də Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunmasını gözləyirlər. Düşünürəm ki, Avropa Şurası obyektiv məlumatlarla maraqlanmalıdır".

O bildirib ki, bu gün Ermənistan AŞPA tərəfindən təyin olunan bir yox, iki məruzəçinin ölkəyə girişinə icazə vermir.

"Bunlar AŞPA-nın “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviç və "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıq hallarının artması" adlı hesabatın hazırlanmasına dair məruzəçi Robert Valterdir. 

"Bu məsələyə dair AŞPA-nın Siyasi məsələlər komitəsində Ermənistan tərəfinin "AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçilər məsələsi üzərində fikirləşəcək və bunu nəzərdən keçirəcəklər" kimi fikirlərini eşitdik. Bu nə deməkdir? Ermənistanın işğalı nəticəsində azərbaycanlılar qəsdən sudan məhrum edilirlər. Onların suya çıxışı yoxdur. Gəlin Ermənistanın da çıxışının qarşısını alaq.

Bu gün ikinci məruzəçi də işğal olunmuş ərazilərə girə bilmir. Əgər biz harada olmasından asılı olmayaraq, qaçqın və məcburi köçkünlərin iztirablarını yüngülləşdirmək istəyiriksə, bizə birbaşa aidiyyəti olan məsələlərə diqqətlə yanaşmalıyıq. Biz məruzəçilərə vəziyyətə dair obyektiv məlumatlar əldə etmək üçün işğal olunmuş ərazilərə getməsinə kömək etməliyik".

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama