Modern.az

Baş redaktor İTV-də veriliş aparacaq

Baş redaktor İTV-də veriliş aparacaq

22 İyun 2015, 22:08

 

“Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva İctimai Televiziya və Radio Yayımları Şirkətində veriliş aparacaq.

Bu barədə AzNews.az-a Ü.Abdullayeva özü məlumat verib. Bildirib ki, “Parlament vaxtı” adlanacaq veriliş Avropa Oyunlarından sonra efirə gedəcək:“Layihə Prezident yanında Layihə Qeyri Hökümət Təşkilatlarına yardım fondu ilə Milli Məclis arasında imzalanan memorandum əsasında hazırlanıb. Veriliş parlamentin fəlaiyyətini, qəbul olunan qanun layihələrini işıqlandırmaq məqsədi daşıyır.

Belə ki, deputatlar, ictimaiyyət nümayəndələri dəvət olunacaq və Milli Məclis tərəfindən qəbul olunan qanunlar müzakirə olunacaq. “Parlament vaxtı”nda tamaşaçılara hansı qanunun özündə nəyi ehtiva etdiyi açıq şəkildə izah olunacaq”. 

Verilişin promosu artıq çəkilib və iyul ayından etibarən efirdə olacaq. Layihə 2 ay müddətində İTV-də yayımlanacaq. Ü.Abdullayevanın sözlərinə görə tamaşaçı marağındana asılı olaraq verilişin müddəti uzadıla bilər.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI